Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2023 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin 90 faizi artıq satılıb

2023 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin 90 faizi artıq satılıb

Tarix: 18 Aprel 2023 12:10

2023 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlərin 90 faizi artıq satılıb.

Bunu Milli.Az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O qeyd edib ki, builki "Formula 1" yarışları üçün 100-dən çox ölkədən bilet alınıb.

T.Teymurov bildirib ki, biletlərin satılmasına görə ilk üçlükdə Böyük Britaniya, Niderland və Azərbaycandır.

"Tribunaların bir çoxunda yerlər tam olaraq bitib. Çox az sayda yer qalıb", - deyə o əlavə edib.

Qeyd edək ki, 2023 Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutacaq. Qran Pridə 10 komanda iştirak edəcək.

Milli.Az


Etiketlər:  2023 Formula Azərbaycan Qran Prisi üçün biletlərin faizi artıq satılıb


RƏYLƏR