Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda tıxac problemi böyüyür - Alternativ plan varmı? - VİDEO

Bakıda tıxac problemi böyüyür - Alternativ plan varmı? - VİDEO

Tarix: 18 Aprel 2023 13:54

Bakıda hər zamankından daha böyük sıxlıq yaşanır.

Nəticədə sürücülər uzun müddət tıxacda qalıb, sərnişinlər də bir o qədər avtobus gözləyiblər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Bakıda keçiriləcək ''Formula-1'' Qran - prisi ilə əlaqədər bəzi küçələrdə hazırlıqların aparılması yolların daralmasına səbəb olub. Bu isə nəqliyyatın hərəkətində ciddi çətinliklərə gətirib çıxarıb.

Aidiyyəti qurumlar ictimai nəqliyyata üstünlük verilməsi ilə bağlı bir neçə gün idi ki, çağırışlar edirdilər. Amma hazırlıqların aparıldığı küçələrdən sərnişin avtobuslarının da keçdiyini nəzərə alsaq, altenativ yollardan istifadə aktuallaşır. Əks halda sərnişinlər bugünkü əziyyəti hələ bir neçə gün çəkməli olacaqlar.

Avtobusların hərəkətində müşahidə edilən ciddi ləngimələrlə əlaqədar Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, hazırda alternativ yollarla bağlı plan hazırlanır. Sabah gün ərzində bununla bağlı ictimayətə məlumat veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakıda tıxac problemi böyüyür Alternativ plan varmı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ