Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2023 22:14
İspaniya La Liqası və Sequnda matçlarını idarə edən hakimlər çempionatları boykot edə bilərlər.
Sonxeber.net offsideplus.az-a istinadla xəbər verir ki, hakimlər bu gün keçiriləcək iclasda qarşıdakı oyunlara çıxmamağı müzakirə edəcəklər. Buna səbəb referilərin son zamanlar çox tənqid olunmaları və təzyiqlərə məruz qalmalarıdır. Üstəlik bir neçə gün əvvəl aşağı liqa oyunlarına təyinat alan hakim Antonio Pozo hücuma məruz qalıb.
Referilər buna etiraz edərək La Liqa daxil olmaqla ölkədə bütün futbol çempionatlarını boykot etməyi düşünürlər. Əgər bu baş versə, çempionatlar yarımçıq dayandırıla bilər.