Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Tarix: 21 Oktyabr 2019 11:51

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir:

EUR.

Beynəlxalq valyuta birjalarında bu həftə cümə axşamı Bakı vaxtı ilə saat 15:45-də açıqlanacaq faiz qərarı və monetar siyasətə dair veriləcək şərhlər, investorların əsas diqqət mərkəzində olan hadisədir. Həftənin ilk sessiyasında isə EUR/USD məzənnəsində ucuzlaşma müşahidə edilib və 1.12$-ın altında qalan qiymətin yenidən 1.11$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

GBP.

Böyük Britaniya parlamentində Avropa Birliyi ilə razılaşdırılan Breksit sazişinin səs verməsi təxirə salınmaqla, keçən həftə oktyabrın 31-də baş tuta biləcək razılaşdırılmış Breksit ümidləri azalmağa başlayıb. Parlament müvafiq qanunvericiliyin hazırlanması üçün vaxt istəsə də hökümət Breksit vaxtını uzatmaqda maraqlı deyil və bu, maliyyə bazarlarında qeyri-müəyyənliyi artırır. Beləliklə, yenidən artan risklər fonunda GBP/USD məzənnəsi 1.25$-a kimi dəyər itirə bilər.

TRY.

Türkiyənin Suriyədə növbəti hərbi əməliyyatlarla bağlı ABŞ ilə atəşkəs razılaşması imzalaması, beynəlxalq birjalarda lirədə də bahalaşmaya səbəb olub. Nəticədə USD/TRY məzənnəsi ucuzlaşaraq, 5.79TL-yə ticarət edilir və 5.75TL-nin qırılması ilə 5.69TL-yə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, bu həftə Türkiyə Mərkəzi Bankının (TCMB) faiz qərarının yayımlanması da böyük maraqla gözlənilir.

OIL.

Enerji birjalarında “OPEC”-in oktyabrın 10-da açıqlanan aylıq hesabatında təklifin azala biləcəyi açıqlaması ilə Avropanın Brent markalı neftin qiyməti 58$-da dəstək görərək, üzərində ticarət edilməkdədir və üzərində qaldıqca, 62$-a kimi də bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır.

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

GOLD.

Breksitə dair qeyri-müəyyənliyin yenidən artması, özünü əlvan metallar bazarlarında da göstərə bilər. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1482$-ın (47.7 $/qram) üzərində qaldıqca, 1502$-a (48.3 $/qram) kimi də dəyər qazana bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.


Etiketlər:  InvestAZdan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ