Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Doktoranturaya qəbul qaydası dəyişdi - VİDEO

Doktoranturaya qəbul qaydası dəyişdi - VİDEO

Tarix: 20 Aprel 2023 14:56

Beynəlxalq dərəcəli sertifikatları  və imtahan nəticələri olanlar  doktoranturaya qəbul zamanı xarici dil üzrə imtahandan azad olunacaqlar.

Milli.Az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə Prezident yanında Ali Attestasiya Komissiyasının sədrinin müavini Sakin Cabarov bildirib.

Doktoranturaya qəbul qaydasında dəyişiklik edildiyini xatırladan S.Cabarov deyib ki, adi qaydada doktoranturaya qəbul üçün isə xarici dil imtahanı 50 ballıq sistem üzərindən 25 bal müəyyən olunub. Qəbul qaydasında başqa bir sıra dəyişikliklər də var.

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, artıq doktoranturaya elektron ərizə qəbulu başlayıb. May ayında isə DİM-in keçirdiyi imtahanda iştirakçılar xarici dil fənnindən imtahanlara cəlb olunacaqlar.

Qeyd edək ki, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Doktoranturaya qəbul qaydası dəyişdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ