Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada son sutkada İran istehsalı 21 ədəd “Şahid” zərərsizləşdirilib

Ukraynada son sutkada İran istehsalı 21 ədəd “Şahid” zərərsizləşdirilib

Tarix: 20 Aprel 2023 15:50

Ötən sutka ərzində Rusiya ordusu 26 ədəd "Şahid" dronundan istifadə ediblər. Onlardan 21-i məhv edilib.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin gündəlik xülasəsində qeyd olunub.

Bildirilib ki, quruda Ukrayna hərbçiləri qarşı tərəfin 55-dən çox hücumunu dəf edib.

Qeyd olunub ki, Baxmut istiqamətində Baxmut və Xromovo uğrunda ağır döyüşlər gedir.

Avdeyevka istiqamətində Rusiya tərəfindən Avdeevka, Vodyanı və Pervomayski ərazilərində irəliləmək cəhdləri olub.

Maryinka istiqamətində Maryinka və Pobeda ərazilərində çoxsaylı hücumlar.

Şaxtyorsk istiqamətində Uqledara tərəf həmlələr gerçəkləşdirilib.

Milli.Az


Etiketlər:  Ukraynada son sutkada İran istehsalı 21 ədəd Şahid zərərsizləşdirilib


RƏYLƏR