Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev Migel Dias-Kanel Bermudesi təbrik edib

İlham Əliyev Migel Dias-Kanel Bermudesi təbrik edib

Tarix: 20 Aprel 2023 17:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Kuba Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Xoş ənənələrə əsaslanan Azərbaycan-Kuba əlaqələri bu gün uğurla inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kuba xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".

Milli.Az


Etiketlər:  İlham Əliyev Migel Dias Kanel Bermudesi təbrik edib


RƏYLƏR