Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Beynəlxalq Yer Günü” ilə bağlı kütləvi ağacəkmə aksiyası keçirilib - FOTO

''Beynəlxalq Yer Günü” ilə bağlı kütləvi ağacəkmə aksiyası keçirilib - FOTO

Tarix: 20 Aprel 2023 20:22

İDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə aprelin 20-də Müşfiqabad qəsəbəsində "Ümumrespublika Yaşıllaşdırma Marafonu" ("Yaşıl Marafon") çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Bu barədə İDEA-dan məlumat verilib.

Məlumata görə, "Beynəlxalq Yer Günü"nə həsr edilən aksiya zamanı könüllülərin iştirakı ilə 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500-dən çox Eldar şamı və zeytun ağacı əkilib.

"Beynəlxalq Yer Günü" 1970-ci ildən qeyd olunmağa başlayıb və ilk dəfə 20 milyona yaxın insan ətraf mühitin qorunmasına diqqəti artırmaq üçün müxtəlif tədbirlər təşkil edərək öz mövqelərini ifadə edib. 2009-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, "Beynəlxalq Yer Günü" hər il aprelin 22-də qeyd olunur.

Qeyd edək ki, bu il "Beynəlxalq Yer Günü" "Planetimizə investisiya edək" şüarı altında keçirilir.

Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan İDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak etməyə çağırır.


Etiketlər:  Beynəlxalq Günü ilə bağlı kütləvi ağacəkmə aksiyası keçirilib FOTO


RƏYLƏR