Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Laçın-Xankəndi yolundakı aksiyanın 131-ci günüdür

Laçın-Xankəndi yolundakı aksiyanın 131-ci günüdür

Tarix: 21 Aprel 2023 09:00

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Sonxeber.net xəbər verir ki, ictimai fəallar aksiyanı gecəboyu da davam etdirib.

Onlar günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıblar.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 131 gündür davam edir.


Etiketlər:  Laçın Xankəndi yolundakı aksiyanın günüdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ