Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qara tutun bilmədiyimiz FAYDALARI

Qara tutun bilmədiyimiz FAYDALARI

Tarix: 21 Aprel 2023 23:06

Keçmişdən bu günə qədər bir çox xəstəliyin müalicəsi üçün istifadə edilən qara tut immunitet sisteminin gücləndirən qidalardan biri hesab olunur. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, dietoloq Esra Şahin immuniteti gücləndirən və tərkibində xolesterin olmayan qara tutun faydalarını açıqlayıb.

Onun sözlərinə görə, qara tut sürətli arıqlamağı təmin edir:

"100 qramında cəmi 44 kalori var. Tərkibində şəkər az olduğu üçün qandakı şəkəri sabit saxlayır. Yüksək lif tərkibi ilə qəbizliyin qarşısını alır və həzm sisteminin sağlam işləməsini dəstəkləyir. Xəstəliklərə qarşı mübarizə aparır. Tərkibindəki C vitamini və dəmir yorğunluğu aradan qaldırır, dərini yumşaq və parlaq edir.

Qara tuta bənövşəyi-qara rəng verən flavonoidlər qocalma əleyhinədir. Sözsüz ki, qara tut tərkibindəki kalsiumla ağız və diş sağlamlığının qorunmasında mühüm rol oynayır. Tərkibindəki antioksidant sayəsində xərçəngin qarşısını alır. Qara tut orqanizmi bir çox xərçəng növlərinin inkişaf riskindən qoruyur, mövcud xəstəliklərin sağalmasına kömək edir. Xolesterolu məhv edir və ürək sağlamlığını qoruyur".


Etiketlər:  Qara tutun bilmədiyimiz FAYDALARI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ