Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA-dan Əliyar Ağayevə vacib təyinat

UEFA-dan Əliyar Ağayevə vacib təyinat

Tarix: 21 Oktyabr 2019 13:28

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinatını alıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, 32 yaşlı hakim Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Ludoqorets" - "Espanyol" qarşılaşmasını idarə edəcək.

Bolqarıstanın Razqrad şəhərində oynanılacaq matçda ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

Bu görüş komandalar üçün qrupdan çıxmaq baxımından əhəmiyyətlidir. "Ludoqorets"in 6, "Espanyol"un isə 4 xalı var.

Qeyd edək ki, oyun oktyabrın 24-də "Ludoqorets Arena"da keçiriləcək

 


Etiketlər:  UEFA dan Əliyar Ağayevə vacib təyinat


RƏYLƏR