Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur ukraynalı müğənninin Bakı konserti ləğv edildi

Məşhur ukraynalı müğənninin Bakı konserti ləğv edildi

Tarix: 22 Aprel 2023 10:25

Ukraynalı məşhur estrada müğənnisi Svetlana Lobodanın Bakıda konserti ləğv edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə  iticket.az saytı məlumat yayıb.

Müğənninin konserti mayın 9-da baş tutmalı idi.

Bildirilib ki, ukraynalı müğənninin Bakı Konqres Mərkəzində baş tutmalı olan musiqili şousuna bilet alan tamaşaçılar aldıqları biletləri geri qaytara bilərlər.

Qeyd edək ki, Svetlana Loboda instaqram səhifəsində Bakı konsertinin ləğvinin səbəblərini açıqlamayıb.

Milli.Az


Etiketlər:  Məşhur ukraynalı müğənninin Bakı konserti ləğv edildi


RƏYLƏR