Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2023 00:02
Qoç - evlə bağlı işlər və qayğılar sizə gərgin anlar bəxş edəcək. Maraqlarınızın təminatı ilə məşğul olduğunuz anda sizi işdən ayıracaq, planlarınızı pozacaq, ailənin mənafelərini ön plana çəkməyə vadar edəcəklər.
Bu işləri sürətlə başa vuraraq cari planların reallaşdırılması ilə məşğul olun. Əks təqdirdə yarımçıq qalan işlərin sayı sürətlə arta bilər.
Yaşananları dramatikləşdirməyin. Yaşam ritmini və stilini dəyişdirməyin. Faydasız planlarla xülyaları bir kənara ataraq uğurun real olduğu sahəyə yönəlin.
Avantüraya can atırsınızsa, sakitləşin.
Buğa - təmaslara və ünsiyyətlərə açıq olun. Faydalı məlumat almaq, ya da sizin üçün maraqlı mövzunu inkişaf etdirmək şanslarından yararlanın. Həmkarlarınızın daha bilikli və təcrübəli olduğu sahə, yaxud da məsələ ilə bağlı onlarla məsləhətləşməkdən çəkinməyin.
Bilik və bacarıqları, informasiya bazasını artırmaq, yaşam arealının hər hansı hissəsini qaydaya salmaq üçün əlverişli gündür.
Günün ikinci yarısı praktik davranış, verilən vədlərə əməl olunmasını tələb edir.
Səhhətinizə fikir verin, stresslərdən yayının.
Axşam saatlarını dostlar və ya sevdiyiniz insanla keçirin.
Əkizlər - böyük maliyyə xərcləri tələb edən planlar var. Gəlir mənbələrini gücləndirmək və artırmağın yollarını düşünün. İşinizi effektiv edin, daha az vaxt sərf edərək daha çox iş görməyi düşünün.
Stresslər az olmayacaq. Lakin onların neqativ və pozitiv məziyyətləri də var.
Axşam saatlarında elə istirahət edin ki, sərf olunmuş qüvvənizi bərpa edərək daxili müvazinət hissinin yaranmasına nail olasınız.
Ev işləri ilə məşğul olun, iş yerində qayda yaradın. Romantik maraqlar bu gün arxa planda olmalıdır. Sizə ehtiyacı olan insanlara və işlərə diqqət ayırmağa çalışın.
Xərçəng - görəcəyiniz işlərin ardıcıllığını dəqiq planlaşdırın. Arada fasilə edərək istirahət etməyi də unutmayın.
Əks təqdirdə ifrat yorğunluğa qapıla bilərsiniz. Problemlər artır, normal davranmaq, hisslərə hakim olaraq emosiyaları nəzarətdə saxlamaq çətinləşib.
Huşyarlıq və emosionallıq artır.
Ona görə də rahat və məhsuldar əməkdaşlığa, uğurlu tərəfdaşlığa nail olmaq üçün faydalı məlumat mübadiləsinə, qarşılıqlı dəstəyə ehtiyac var.
Bir çox məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Qarşı tərəfin nə istədiyini dəqiqləşdirin. Səmimi davranış, pozitiv ünsiyyət bir çox problemləri rüşeym halında olanda həll etməyə, söhbəti gərəkli məcraya yönəltməyə imkan verəcək.
Şir - bu gün, ilk növbədə, şəxsi, ailəvi məsələlərinizi həll etməyə çalışın. Ünsiyyət məhz ailə üzvləriniz, qohumlarınız, yaxın ətrafınızdakı insanlarla intensiv olcaq.
Mühüm işi təkbaşına, hətta tənhalıqda başa çatdırmaq imkanı varsa, o imkandan mütləq şəkildə yararlanın.
Sakit, rahat şərait və işləri istədiyiniz ardıcıllaqla seçmək imkanı planların reallaşdırılması üçün ən yaxşı variantdır. İstirahət sizə qüvvənizi bərpa edərək güc toplamağa və sonrakı fəaliyyətinizi düşünməyə yarıdm edəcək.
Məlumat toplamaq, informasiya aramaq, mütəxəssislərlə məsləhətləşmək, gələcək işlər üçün material yığmağa düşərli gündür.
Axşam saatlarını dostlarla keçirmək olar.
Qız - gün stabildir və hadisələr sakit ritmdə cərəyan edəcək. Yaşam mühiti, arealı və fəaliyyət məkanında sizin üçün önəmli sahələrdə harmoniya yaradaraq qaydaya nail olmaq şansını əldən verməyin.
Danışmaqdansa, qulaq asın, ətrafınızda baş verən hadisələrin məğzini, səbəbini anlayaraq səbəbkarı müəyyənləşdirməyə çalışın.
Hiss və emosiyalara qapılmayın, yeni planlarınızı bölüşməyə tələsməyin. İlk növbədə, nə ilə məşğul olmağı hadislərin axarı müəyyənləşdirməlidir.
Axşam saatlarında səhhətinizin qayğısına qalın, yaxşı istirahət edin.
Tərəzi - gün ərzində işlərin həcmi, sayı arta bilər. Bundan başqa, ev işləri və münasibətlər də sayıq və konkret davranış, qayğı, diqqət tələb edir.
Şəxsi planlarınız pozula bilər. İstək və arzularınızın zərərinə olaraq başqalarının problemlərini həll etməli olacaqsınız.
Yardım istəyənə dəstək olun, amma kiminsə sizinlə manipulyasiya etməsinə imkan verməyin.
Sinir və əsəb doğuran, gərəksiz əlaqələrdən uzaq olun. Problemlər yaşam tonusunuza təsir edə bilər.
Axşam saatlarında fiziki işin xeyri var.
Köhnə əlaqələri yada salın, təmaslara göz gəzdirin, haqsız unutduğunuz insanı xatırlayın.
Əqrəb - mühüm qərarın qəbul ediləcəyi gündür. Hisslər və şəraitlər silsiləsi sizi konkret addım atmağa vadar edəcək.
Mənasız arzular və irreal xəyalları keçmişdə qoyun. Yeni layihə, iş və ya münasibətlərdə özünüzü sınayın.
Yaranan rəğbət nişanələrini qulaqardına vurmayın. Hadisələri tələsdirməyin.
Bütün önəmli məsələlərdə dominion mövqe, hakim status tutun, amma qarşı tərəfin də maraqlarını nəzərə almağı unutmyın.
Çoxdan tanıdığınız insanların təkliflərini və məsləhətlərini dinləyin.
Axşam saatlarında ailəvi maraqları nəzərə alın, birgə əylənin.
Oxatan - uğurlu dəyişikliklərə zəmin hazırlamaq üçün zamanın sınağından çıxmış etibarlı, stabil münasibətlər çərçivəsində qalın.
Diqqətli və sayıq davranmağınız fikir, istək və iradənizi bir istiqamətə yönəltməyə imkan verəcək. Bunun nəticəsi isə çox yaxşı olacaq.
Təmaslar və ünsiyyətlərin adət etdiyiniz stilini pozmamaq üçün gərəksiz sərtlikdən, qabalıqdan çəkinin. Əks təqdirdə situasiya problemlər yarada biləcək istiqamətə yönələ bilər.
Bəzi öhdəliklərinizi yerinə yetirə bilmirsinizsə, bunu yaxın ətrafınızdakı insanlar və ya tərəfdaşlarınıza deyin. Normal imkanlar yaranana qədər gözləyin, səbrli olun.
Oğlaq - sizin üçün ən önəmli məsələlərdə əməkdaşlıq və tərəfdaşlıq amillərinin xüsusi əhəmiyyəti var. Gərəkli işin öhdəsindən sizdən pis gəlmyəcək adama təşəbbüsü verməyə çalışın.
Hadisələrin axarında olun, yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin. Situasiyanı gərginləşdirmədən məqsədlərinizə çata bilərsiniz.
Şəxsi münasibətlərdə irəliləyiş üçün uğurlu vaxtdır. Tələsməyin, təmkinli davranın, hövsələsiz olmayın.
Şərait özü maraqlarınıza uyğun formaya düşəcək.
Məqsəd və arzularınızdan birini reallaşdırmaq şansı yaranır.
Axşam saatlarında açıq havada gəzintiyə çıxmağı unutmayın.
Dolça - baş verənlər cari proseslər çərçivəsindədir. Adi, işgüzarlıq tələb olunan günlərdən biridir.
Əvvəlki günlərlə müqayisədə informasiya axınının intensivliyi bir qədər azalacaq. Cari işlərin çərçivəsində qalın. Çalışdığınız mühiti qaydaya salın, alınan xəbərləri və situasiyanı təhlil edin, yeni imkanları araşdırın.
Emosional ünsiyyət, görüş üçün əlverişli vaxtdır.
Az danışın, qayğı və diqqət izharlarını artırın.
Tənbəl və süst olmayın, əks təqdirdə münsibətləri qaydaya salmaq imkanını əldən verə bilərsiniz.
Axşam saatları alış-veriş üçün yaxşıdır.
Balıqlar - yaxınlarınız üçün gördüyünüz işlərdə uğur əldə edəcəksiniz. Xüsusi diqqət və qayğı tələb edən sahələrdə məsuliyyətli davranın.
Tələsməyin, süni təkanlar və sürətləndirmələrə aldanmayın. İşlərinizdə və yaşam arealınızda qayda yaradın. Danışıq və əməllərinizə estetik komponentlər əlavə edin.
Təmasları elə seçin ki, belə ünsiyyətlərdən sinirlənməyəsiniz. Gərginliyə rəvac verməyin. Yaşanan və ilk baxışdan təsadüfi təsir bağışlayan olayları, onların dəyişə biləcəyi situasiyaları düşünün.
Mümkün problemləri qabaqlamağa, onların öhdəsindən ilkin mərhələdə gəlməyə can atın.