Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Osteoartritin inqilabi müalicə üsulu tapıldı

Osteoartritin inqilabi müalicə üsulu tapıldı

Tarix: 23 Aprel 2023 14:12

ABŞ-nin Ueyk Forest Regenerativ Tibb İnstitutunun alimləri osteoartritin müalicəsi üçün həm iltihabı azaldan, həm də oynaq qığırdaqlarını bərpa edən perspektivli inyeksiya terapiyasını yaradıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, araşdırmaların nəticələri "Science Advances" jurnalında dərc olunub.

Osteoartrit xəstəliyə əksər vaxtı oynaqdakı mexaniki və ya travmatik yüklənmədən qaynaqlanır və təbii olaraq bərpa edilə bilməyən qığırdaq zədələnməsinə səbəb olur. Sağlam oynaqlarda zədələnmə zamanı insan orqanizmi toxumaların təmizlənməsini təmin etmək üçün iltihabı stimullaşdıran hüceyrələrin "axınını" zədələnmə yerinə göndərir. Ancaq osteoartrit zamanı iltihab qığırdağın daha da zədələnməsinə yol açır. Bu, şiddətli ağrıya, şişməyə səbəb olur və əksər hallarda xəstələrin gündəlik fəaliyyətini məhdudlaşdırır.

Tədqiqatçılar sağalma prosesinin zədələnmiş qığırdaqdakı iltihablı mühitin qarşısını aldığını təsdiqləyiblər. Alimlər bu mühiti dəyişdirən və qığırdağın bərpasına imkan verən terapiya hazırlayıblar. Bu vəziyyətdə iltihab, qığırdağın zədələnməsi azalır və ağrıya cavabdeh olan sinir hüceyrələrinin aktivliyi enir.

Terapiya hər biri bir və ya iki inyeksiya alan doqquz osteoartrit xəstəsi üzərində sınaqdan keçirilib. Effektivlik ağrı şkalası, müalicədən əvvəl və sonra MRT ilə qiymətləndirilib, bundan əlavə, bir xəstədən biopsiya götürülüb.

Müalicədən sonra xəstələrdə həyat keyfiyyəti yaxşılaşması və ağrının azalması müşahidə olunub. Bundan əlavə, MRT tədqiqatlarının nəticələri qığırdağın bərpa olunduğunu təsdiqləyib.

Bununla belə, mütəxəssislər qeyd edirlər ki, daha çox xəstənin nəticələrini qiymətləndirmək üçün əlavə klinik araşdırmalara ehtiyac var.

Milli.Az


Etiketlər:  Osteoartritin inqilabi müalicə üsulu tapıldı


RƏYLƏR