Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2023 18:12
Lionel Messi ailəsi və köməkçiləri ilə birlikdə Barselonaya gəlib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, jurnalist Jerar Romeronun sözlərinə görə, PSJ-nin hücumçusu şəhərin eyniadlı komandasına qayıtması ilə bağlı şayiələr fonunda Kataloniya paytaxtına səfər edib.
İddia olunur ki, futbolçu və ailəsi mediaya görünmək istəmədikləri üçün hava limanını arxa qapıdan tərk ediblər.
Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonuna qədərdir. Bildirilir ki, "Barselona" futbolçunun qaytarılması üzərində işləyir.