Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2023 17:40
Namibiyanın baş nazir Saara Kuuqongelva-Amadilanın rəsmi avtomobili ilə Seçki Komissiyasının avtomobili toqquşub. Nəticədə komissiyanın üç üzvü ağır yaralanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qəza bazar günü Otcivaronqodan təxminən 15 km aralıda baş verib.
Adları hələ açıqlanmayan 3 məmur Otcivaronqo Dövlət Xəstəxanasına aparılıb. Məlumata görə, baş nazir və onun sürücüsü toqquşma nəticəsində xəsarət almayıb.
Hökumət başçısının Namibiyanın hakim partiyasının 63-cü ildönümünü qeyd etdiyi bölgədən qayıtdığı bildirilib.