Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tapşırıqdan qayıdan ingilis casus övladını öldürdü

Tapşırıqdan qayıdan ingilis casus övladını öldürdü

Tarix: 24 Aprel 2023 19:02

Britaniya Xarici İşlər Nazirliyinin Gizli Kəşfiyyat Xidmətinin (MI6) casusu cihad düşərgəsindəki missiyadan qayıtdıqdan sonra oğlunu bıçaqlayaraq öldürüb.

O, Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhəddə yerləşən dağlıq bölgə Vəziristana göndərilib. Casusun vəzifəsi "Taliban" düşərgəsi və "Əl-Qaidə" terror qruplaşmasının yaraqlıları olan kəndə sızmaq olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyd olunur ki, düşərgədə olduğu müddətdə o, talibançıların parçalanmış cəsədlərini yuyub basdırmağa məcbur qalıb, ABŞ-nin xeyrinə casusluqda ittiham olunan bütöv bir ailənin başının kəsilməsinin şahidi olub. Həmçinin, onu həmin ailənin azyaşlı övladının kəsilmiş başını əlində saxlamağa məcbur ediblər.

Böyük Britaniyaya qayıtdıqdan sonra casus həddindən artıq stress vəziyyəti yaşayıb, çətinliklə danışıb, heç bir səbəb olmadan qəzəblənib və xatirələrindən əziyyət çəkib.

Bir müddət sonra o, öz oğlunu öldürüb. Uşağının bədənində çoxsaylı bıçaq yaraları aşkarlanıb.

Eyni zamanda, kəşfiyyat orqanının missiyaya göndərilməsindən əvvəl tərtib edilmiş hesabatında casusun yüksək emosional qeyri-sabitliyindən, ağır şok və psixoloji travma riskinə məruz qalmasından bəhs edilir. MI6 onun uşaq ikən cinsi istismara məruz qaldığını və cinayət keçmişinin olduğunu, gənc yaşlarında əsəb böhranı keçirdiyini bildirib. Kişinin həyat yoldaşı Mİ5 təhlükəsizlik xidmətində işləyərkən bir müddət məişət zorakılığı qurbanları üçün yataqxanada yaşayıb.

Bu məlumatlardan belə çıxır ki, Mİ6 casusun bu tapşırıq üçün uyğun olmadığını və başqaları üçün potensial təhlükəli olduğunu bilib.

Uşağın qətlindən sonra həmin şəxs həbs edilib və hazırda mühafizə olunan psixiatriya müəssisəsindədir.

Casusun vəkili bildirib ki, onun müttəhimi inanılmaz dərəcədə həssasdır. Onun sözlərinə görə, casus öz tapşırığını yerinə yetirib və artıq işəgötürənlərini maraqlandırmır, ondan istifadə olunub.

Milli.Az


Etiketlər:  Tapşırıqdan qayıdan ingilis casus övladını öldürdü


RƏYLƏR