Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kosmetoloq: ''Botoks onlar üçün zərərlidir''

Kosmetoloq: ''Botoks onlar üçün zərərlidir''

Tarix: 25 Aprel 2023 21:24

Yüksək tələbata baxmayaraq, botoks ineksiyaları hər kəs üçün uyğun deyil. Odur ki, bu xidmətdən istifadə etməzdən əvvəl bütün əks göstərişləri nəzərə almalısınız.

Sonxeber.net xəbər verir ki, bu sözləri Sankt-Peterburq telekanalının efirində kosmetoloq Yelena Kalimullina deyib.

"Əks göstərişlər, bir qayda olaraq, ümumidir - bunlar dekompensasiya mərhələsində olan xroniki xəstəliklər, kəskin xəstəliklər, hamiləlik, laktasiya, onkoloji xəstəliklər və fərdi dözümsüzlükdür. Botoks bu xəstələr üçün zərərlidir" , - həkim qeyd edib.

Mütəxəssis qeyd edib ki, iynələr ən çox qaş arası, alın və göz ətrafı nahiyəsinə edilir, lakin təbii ki, həkim dərinin vəziyyətinə və xəstənin mimikasının aktivliyinə əsasən dərmanın dozasına qərar verir.  (publika.az)


Etiketlər:  Kosmetoloq Botoks onlar üçün zərərlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ