Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2023 23:22
Misli Premyer Liqasının 32-ci turunun "Neftçi" - "Qarabağ" qarşılaşmasının keçiriləcəyi tarix və saat dəyişdirilib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar bu dəyişiklik edilib.
Matç əvvəlcədən nəzərdə tutulduğu kimi 30 aprel saat 19:00-da yox, 2 may saat 20:00-da "Bakcell Arena"da keçiriləcək.