Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Baxmutda niyə artilleriyadan tam yararlanmır?

Ukrayna Baxmutda niyə artilleriyadan tam yararlanmır?

Tarix: 26 Aprel 2023 07:58

Ukrayna Silahlı Qüvvələrinin artilleriyaçıları Baxmutda tam gücü ilə işləyə bilmirlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın "Azadlıq Gücü" batalyonunun komandiri Mixail Krıjanovski deyib.

"Biz düşmənin ön xəttində artilleriya atəşi apara bilmərik. Çünki bəzi yerlərdə səngərlərarası məsafə 20-30 metrə çatır. Bu, şəxsi heyətimizə zərər verə bilər, ona görə də artilleriyamız hazırda istədiyi kimi işləyə bilmir. Amma düşmən daim artilleriyadan istifadə edir və şəxsi heyətini məhv edir", - komandir bildirib.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ehtiyatçılar Şurasının sədri İvan Timoçko əlavə edib ki, Baxmutda vəziyyət nəzarət altındadır:

"Ümumilikdə, düşmən Baxmutda dəmir yolunu keçə bilməyib, düşmən Kramatorska gedən yolu atəşə tutmağa çalışır, lakin bu gün əsas istiqamətlər mövcuddur və düşmən onları nəzarətə götürə bilmir".

Milli.Az


Etiketlər:  Ukrayna Baxmutda niyə artilleriyadan yararlanmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ