Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ATAK-II helikopterinin mühərrikləri ilk sınaqdan keçirilib

ATAK-II helikopterinin mühərrikləri ilk sınaqdan keçirilib

Tarix: 26 Aprel 2023 12:12

Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən istehsal edilən ATAK-II ağır sinif hücum helikopterinin mühərrikləri ilk dəfə test edilib.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə helikopter layihəsinin mühəndisi Mehmet Yılmaz bildirib.

O, həmçinin bildirib ki, helikopterin iki mühərriki də sınaqdan keçirilib və yaxın zamanda ilk uçuşun həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, helikopter 2019-cu ildə Türkiyə Müdafiə Sənayesi Müşavirliyi ilə Türk Hava və Kosmos Sənayesi (TUSAŞ) arasında imzalanan Ağır Sinif Hücum Helikopteri Layihəsi çərçivəsində yaradılıb.

Milli.Az


Etiketlər:  ATAK helikopterinin mühərrikləri sınaqdan keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ