Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Dünyanın ən yaxşı pilotsuz uçuş aparatını hazırladıq"

Tarix: 26 Aprel 2023 16:10

15 il ərzində dünyanın ən yaxşı pilotsuz uçuş aparatı hesab edilə biləcək texnologiyalar yaratdıq.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin Baykar şirkətinin texniki direktoru Selçuk Bayraktar TEKNOFEST öncəsi keçirilən "TEKNOFEST Görüşləri" tədbirində çıxışında bildirib.

Məlumata əsasən, görüşdə Türkiyənin Sənaye və Texnologiya Nazirinin müavini Fatih Kacır, ASELSAN İdarə Heyətinin sədri Haluk Görgün, TÜBİTAK sədri Hasan Mandal və TUSAŞ-ın baş direktoru Temel Kotil iştirak edib.

Qeyd edək ki, 27 aprel-1 may tarixlərində İstanbul Atatürk Hava Limanında Aviasiya kosmik və Texnologiya festivalı-TEKNOFEST keçiriləcək.

102 kateqoriya üzrə 41 əsas müsabiqə keçiriləcək festivalda 13 milyon lirədən çox pul mükafatı, 30 milyon lirədən çox maddi dəstək veriləcək.

Türkiyənin Baykar şirkətinin yerli və milli imkanlarla istehsal etdiyi KIZILELMA və AKINCI PUA-ları 25 aprel tarixində İstanbul Atatürk Hava Limanına eniş edib.

Milli.Az


Etiketlər:  Dünyanın ən yaxşı pilotsuz uçuş aparatını hazırladıq


RƏYLƏR