Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2023 23:44
Keniyanın Malindi şəhərində "İsa peyğəmbərlə qarşılaşacağına söz verilən" və ölüm "oruc"unda həyatını itirənlərin sayının 98 nəfərə çatıb.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Keniyanın "Nation" qəzeti polisə istinadən məlumat yayıb.
Vurğulanıb ki, çərşənbə günü daha səkkiz uşaq cəsədi tapılıb. Onlar da hamı kimi Malindi şəhəri yaxınlığında yerləşən Şakahol meşəsindəki qəbirlərin içərisində aşkarlanıb. Məzarların içərisində bir neçə nəfər basdırılıb.
Qeyd edək ki, Pastor Makkenzi dindarın əbədi həyat qazanmasının ən sürətli yolu kimi sərt aclıq formalarında israr etməsi ilə tanınır. 2017-ci ildən bəri Keniya məhkəmələri pastora qarşı müxtəlif ittihamlarla iddialar qaldırsalar da, o, azadlıqda qalmağa davam edib. Ötən ay isə o, iki uşağın aclıqdan ölümündə əli olmaqda şübhəli bilinərək həbs edilib.