Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbrahim Borçalı: “Bu acı ilə barışıb, yaşayıram” - VİDEO

İbrahim Borçalı: “Bu acı ilə barışıb, yaşayıram” - VİDEO

Tarix: 27 Aprel 2023 15:50

Müğənni İbrahim Borçalı avtomobil qəzasında dünyasını dəyişən oğlu Rəhimdən söz açıb.

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Günün sədası" verilişində övladının vəfatında üç il keçdiyini bildirərək, göz yaşlarına boğulub. 
"Bu acı ilə barışıb, yaşayıram. 20 yaşlı qızım var. Yaşamalıyam... Oğlum Rəhimin ölümündən artıq üç il keçir. Elə bil üç yox üç ay keçib. Zaman çox tez keçdi. Allah səbr versin. Bir var oğlum xəstə, pis övlad olardı... Adamı yandıran da odur ki, birdən birə, gülə-gülə getdi... Bu adamı çox yandırır" - deyə İbrahim fikirlərini ifadə edib. 
Qeyd edək ki, İbrahim Borçalının oğlu Rəhim Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib. Rəhimin vaxtsız ölümü ilə sarsıntı keçirən İ.Borçalı müsahibələrinin birində şəkər xəstəliyi tapdığını açıqlayıb.


Etiketlər:  İbrahim Borçalı acı ilə barışıb yaşayıram VİDEO


RƏYLƏR