Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oqtay Əsədovun qardaşının ölkədən çıxışı qadağan edildi

Oqtay Əsədovun qardaşının ölkədən çıxışı qadağan edildi

Tarix: 27 Aprel 2023 17:42

Milli Məclisin keçmiş sədri, deputat Oqtay Əsədovun qardaşı Nazim Əsədovun Azərbaycandan çıxışı məhdudlaşdırılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb iş adamı kimi fəaliyyət göstərən N.Əsədovun vergi və sosial ödənişlərdən yayınmasıdır.

Belə ki, Dövlət Vergi Xidməti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək N.Əsədova məxsus "İnam", "Nurvin-ST" və "Nəsimi-44" şirkətlərinin Dövlət Sosial Müdafiə Fonduna olan 20 min manata yaxın borcunu ödəmədiyini bildirib. Vergi Xidməti biznesmenin ölkədən çıxışına "stop" qoyulmasını xahiş edib.

Ərizəyə bu gün hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılıb. Hakim iddianı təmin edib. Nazim Əsədovun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Oqtay Əsədov 2005-2019-cu illərdə Milli Məclisinin sədri olub. Nazim Əsədov bir neçə dəfə mediada tikinti sahəsindəki fəaliyyəti ilə gündəmə gəlib.


Etiketlər:  Oqtay Əsədovun qardaşının ölkədən çıxışı qadağan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ