Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər indiyə kimi bu məsələdə səhv elədiklərini anladılar - VİDEO - FOTO

Alimlər indiyə kimi bu məsələdə səhv elədiklərini anladılar - VİDEO - FOTO

Tarix: 27 Aprel 2023 19:38

Birləşmiş Ərəb Əmirliklərinin "Hope" kosmik zondu Marsın ətrafında dövr edən "Deymos"a  ("Deimos") 100 km məsafədə yaxınlaşıb və 1977-ci ildən bəri planetin ən detallı şəkillərini çəkib.

Müşahidə məlumatları və fotoşəkillər Birləşmiş Ərəb Əmirliklərinin Mars Missiyası komandası dərc edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, alimlər araşdırma zamanı kosmik cisim barədə indiyə qədər səhv fikirdə olduqlarını müəyyən ediblər. 

Belə ki, bu günə qədər "Deymos"un planetin cazibə tələsinə düşmüş asteroid olduğu düşünülürdü. İndi isə elm adamlarının fikrincə "Deymos" planet mənşəlidir və naməlum obyektin Qırmızı Planetlə toqquşması nəticəsində yaranıb.

Marsın bu peyki 1877-ci il avqustun 11-də amerikalı astronom Asaf Holl tərəfindən kəşf edilib və qədim yunanların dəhşət tanrısı Deymosun (müharibə tanrısı Aresin oğlunun) şərəfinə adlandırılıb.

"Deymos" Mars ətrafında 30 saata  dövr edir.

O da vurğulanır ki, 1970-ci illərdəki "Mariner 9" və "Viking" missiyaları, eləcə də 2014-cü ildə Hindistanın "Mars Orbiter" missiyası "Deymos"un uzaq tərəfinin şəkillərini çəkib, ancaq onlar "Hope" zondunun görüntüləri qədər təfərrüatlı olmayıb.

Xatırladaq ki, bu yaxınlarda Çin alimləri Marsın bütün səthinin ilk xəritəsini təqdim ediblər. Bunun üçün alimlər  "Tyanven-1" kosmik zondu tərəfindən toplanan məlumatlardan istifadə ediblər.

Milli.Az


Etiketlər:  Alimlər indiyə kimi məsələdə səhv elədiklərini anladılar VİDEO FOTO


RƏYLƏR