Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur mem haqqında film çəkiləcək - FOTO

Məşhur mem haqqında film çəkiləcək - FOTO

Tarix: 29 Aprel 2023 18:38

Rusiyanın "Nashe kino" kino şirkəti məşhur mem qəhrəmanı haqqında "Jdun" adlı tammetrajlı komediya filmi çəkəcək.

Film ailəvi baxış üçün nəzərdə tutulub.

Bu barədə şirkətin mətbuat xidməti məlumat verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, filmin rejissoru Dmitri Suvorov çəkilişlərin bu ilin payızında başlanmasını planlaşdırır.

Süjetə görə, yadplanetli Jdun Yerə planetinə gəlir və Abrau-Dyursoda babası-nənəsi ilə istirahət edən bir oğlanla tanış olur. Oğlan Jdunun öz evinə qayıtmasına kömək etməlidir, Jdun isə onun ailədəki problemlərini həll etməlidir.

Filmin premyerası 2024-cü ilin yaz-yay aylarına planlaşdırılıb.

Qeyd edək ki, Jdun holland rəssamı Marqrit van Brevort tərəfindən yaradılıb və 2016-2017-ci illərdə internet fenomeninə çevrilib.

Milli.Az


Etiketlər:  Məşhur haqqında film çəkiləcək FOTO


RƏYLƏR