Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qvardiola üçün gözlənilməz təklif

Qvardiola üçün gözlənilməz təklif

Tarix: 21 Oktyabr 2019 20:44

Katalon siyasətçisi Artur Mas "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın Kataloniya hökümətinin seçkilərində iştirak etmək təşəbbüsü ilə çıxış edib.

Qol.az-ın məlumatına görə, bu barədə o, "El Confidencial"a açıqlamasında deyib: "Mənim başqa bir namizədim var. Onun siyasi təcrübəsi yoxdur. Bu, Pep Qvardioladır".

A.Masın fikrincə, 48 yaşlı mütəxəssis Kataloniya Jeneralitetinə (hökuməti) başçılıq edə bilər.

Qeyd edək ki, Qvardiolanın "Mançester Siti" ilə müqaviləni uzatmaq istəmədiyi və "Barselona"ya qayıda biləcəyi iddia olunur. Onun ailəsi Kataloniyada yaşayır.

 


Etiketlər:  Qvardiola üçün gözlənilməz təklif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ