Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Roza Zərgərlidən geyiminə irad tutanlara cavab: Çadra bağlamalıyam? - FOTO

Roza Zərgərlidən geyiminə irad tutanlara cavab: Çadra bağlamalıyam? - FOTO

Tarix: 30 Aprel 2023 00:35

Müğənni Roza Zərgərli maraqlı açıqlamalar verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, övladlarının şou -biznes adamları ilə evlənməsini istəməyən sənətkarlara qarşı çıxış edib:

"Məni danışmağa vadar etməyin. Özüm şou-biznesdən olan kişi ilə ailə quraram, bu aləmdən evimə gəlin də gətirərəm, qızımı da ərə verərəm. Bu sahədən yaxşı sahə yoxdur".

Müğənni həmçinin geyimlərini qınayanlara sərt cavab verib.

"Şou-biznesdəki ailələr tərbiyəlidir. Çünki biz cəmiyyət qınağından qorxuruq və hər şeyi gizli edirik. Verilişlərin birinə sinəaçıq libas geyinmişdim. "Instagram"da yazdılar ki, "Bu utanmır, yekə arvaddır, pencəyin arasında sinəsi görsənir". Başıma çadra bağlayıb, gəzməliyəm? Mən müğənniyəm",- deyə o bildirib.

Milli.Az


Etiketlər:  Roza Zərgərlidən geyiminə irad tutanlara cavab Çadra bağlamalıyam FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ