Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Formula-2”: Bakıdakı əsas yarışda qalib bəlli oldu - YENİLƏNİB - FOTO

“Formula-2”: Bakıdakı əsas yarışda qalib bəlli oldu - YENİLƏNİB - FOTO

Tarix: 30 Aprel 2023 12:44

12:27

Bakıda təşkil olunan Azərbaycan Qran-prisində "Formula 2"nin əsas yarışı başa çatıb. 

Milli.Az xəbər verir ki, 29 dövrənin tamamında "Prema Racing"in pilotu Oliver Bearman bütün rəqiblərini geridə qoyub. 

"Rodin Carlin"dən Enzo Fittipaldi ikinci, "Art Grand Prix"dən Teo Purşer üçüncü olub. Bu sürücülər sıralama turunda da müvafiq mövqelərdə qərarlaşmışdılar. 

"Hitech"dən İsak Hacar uzun müddət lider olsa da, bunu sonadək davam etdirə bilməyib. "PHM Racing"dən Bred Benavides qəza törətdiyi üçün mübarizəni dayandırmışdı. 

Qeyd edək ki, "Formula 1"də əsas yarış saat 15:00-da başlayacaq.

----------
11:28

Bu gün 2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə əsas yarışlara start verilib.

Milli.Az bildirir ki, yarış bir saat davam edəcək və qalib müəyyən olunacaq.

Qeyd edək ki, 28-30 aprel tarixlərində keçirilən Qran Prinin 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.

Formula 1 sıralama yürüşündə "Ferrari" pilotu Şarl Lekler yarışın birincisi olub. "Red Bull"un pilotu Maks Ferstappen ikinci, "Ferrari"nin digər pilotu Serxio Peres isə üçüncü yerdə qərarlaşıb.

Formula 2 komandalarının sıralama yürüşündə isə Preme Racing" komandasının pilotu Oliver Berman qalib olub. 30 dəqiqə davam edən yürüşdə "Rodin Carlin" komandasının üzvü Enzo Fittipaldi ikinci, "ART Grand Prix"in pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

Yarışın 2-ci günü, aprelin 29-da Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutub.

Formula 1 üzrə mövsümün ilk sprint yarışının qalibi "Red Bull" pilotu Serxio Peres qalib olub. "Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Ferstappen üçüncü yeri tutub.

Formula 2 komandalarının birinci sprint yarışının qalibi isə "Prema Racing"dən Oliver Bearman qalib olub.

Milli.Az


Etiketlər:  Formula Bakıdakı əsas yarışda qalib bəlli oldu YENİLƏNİB FOTO


RƏYLƏR