Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə tələbələri daşıyan avtobus aşıb: Ölənlər və xeyli sayda yaralı var - FOTO

Türkiyədə tələbələri daşıyan avtobus aşıb: Ölənlər və xeyli sayda yaralı var - FOTO

Tarix: 1 May 2023 08:44

Türkiyənin Bursa şəhərində tələbələri daşıyan tur avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 44 nəfər yaralanıb.

Milli.Az bu barədə  "Haber Global"a istinadən xəbər verir.

Hadisə yerinə təcili yardım cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.

Bursa valisi Yakup Canbolat avtobusun maneəyə çırpılaraq aşdığını bildirib.

O, qeyd edib ki, hadisə zamanı avtobusda 47 nəfər olub. Onlardan 3-ü müəllim, 2-si sürücü olub. Sərnişinlər arasında müəllimlərin övladları da olub: "İndiyə qədər əldə etdiyimiz məlumata görə, qəza zamanı sürücü və 2 tələbə həyatını itirib".

Milli.Az


Etiketlər:  Türkiyədə tələbələri daşıyan avtobus aşıb Ölənlər xeyli sayda yaralı var FOTO


RƏYLƏR