Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real"da həmişəlik qalmaq istəyirəm" - Zidan

Tarix: 22 Oktyabr 2019 01:12

“Real”ın baş məşqçisi Zinəddin Zidan istefaya göndəriləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, fransalı mütəxəssis “Marca”ya açıqlamasında Madrid klubunda həmişəlik qalmaq istədiyini və bu cür şayiələrə fikir vermədəyini deyib:

“Əvvəl nə olub, olub. Futbol əldə etdiyin hərşeyi unudur. Ancaq həyat da belədir. Biz “Real”la nə əldə etmişiksə, keçmişdə qalıb. İnsanların nə danışdığını müzakirə etmək istəmirəm. Bu, məni narahat etmir. Mən öz komandamın oyunlarına diqqət etməliyəm. “Real”da həmişəlik qalmaq istəyirəm. Mənim “Real”dakı gələcəyim haqqında isə qoy, başqaları düşünsün”.

Qeyd edək ki, İspaniya mətbuatı “Real”ın Çempionlar Liqasında uğurlu çıxış etməyəcəyi təqdirdə Zidanan istefaya göndəriləcəyini yazıb.
 


Etiketlər:  Realda həmişəlik qalmaq istəyirəm Zidan


RƏYLƏR