Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmışlara yağ-bal satan Əməkdar artist - Ferması var...

Tanınmışlara yağ-bal satan Əməkdar artist - Ferması var...

Tarix: 2 May 2023 15:15

Əməkdar artist Sevinc Sarıyevanın qoyun-keçi və toyuq-cücədən ibarət ferması olduğu üzə çıxıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu barədə "Günün sədası" verilişində məlumat yayılıb.

Sənətçi bildirib ki, onun fermasından əldə edilən qida məhsullarını həmkarı Əməkdar artist İlkin Əhmədov alır:

"Süddən hazırlanan yağı ən çox İlkin Əhmədov alır. Ayda dörd banka ərinmiş yağ alır məndən. Südün yağına "çiyə" deyirlər, o da bizdə var. Çox dadlı bir süd məhsuludur". 
S.Sarıyeva fermasından başqa bir neçə həftə əvvəl açdığı gözəllik salonundan da söz açıb. Xanəndə bildirib ki, tezliklə heyvanlar üçün də baxım salonu açacaq:

"Yeni gözəllik salonu açmışam. Tezliklə həmin gözəllik salonunun yanında heyvanlar (it, pişik - red.) üçün nəzərdə tutulan baxım salonu açacağam. İndi bu kimi heyvan salonlarına ölkəmizdə təlabat var".

Milli.Az


Etiketlər:  Tanınmışlara yağ bal satan Əməkdar artist Ferması var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ