Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KAAN 2028-ci ildə Türkiyə hərbi hava qüvvələrinin inventarına daxil ediləcək

KAAN 2028-ci ildə Türkiyə hərbi hava qüvvələrinin inventarına daxil ediləcək

Tarix: 3 May 2023 11:02

Milli döyüş təyyarəsi KAAN 2028-ci ildə Türkiyə hərbi hava qüvvələrinin inventarına daxil ediləcək.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, Türkiyə hərbi hava qüvvələri komandanlığına 2028-ci ildə təhvil verilməsi planlaşdırılan milli döyüş təyyarəsi KAAN ilə Türkiyə, 5-ci nəsil döyüş təyyarələri dizayn edən və istehsal edən ölkələr sinfinə daxil olub.

Milli reaktiv döyüş təyyarəsi Kaanın inventara daxil olduqdan sonra Anka-3 və Kızılelma pilotsuz döyüş təyyarələri ilə avtonom qol uçuşu həyata keçirilməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən "İstikbalin Yüzyılı" proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Milli.Az


Etiketlər:  KAAN 2028 ildə Türkiyə hərbi hava qüvvələrinin inventarına daxil ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ