Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ən çox qazanan idmançıları reytinqində lider dəyişdi

Dünyanın ən çox qazanan idmançıları reytinqində lider dəyişdi

Tarix: 3 May 2023 13:32

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu "Forbes"in ən çox gəlir əldə edən idmançılar siyahısına başçılıq edir.

Superulduzun son bir ildəki ümumi qazancı 136 milyon dollar olaraq qiymətləndirilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ikinci yerdə ötən ilin lideri argentinalı Lionel Messi 130 milyon dollar gəlirlə qərarlaşıb.

İlk üçlükdə yer alan digər oyunçu isə son bir ildə 120 milyon dollar qazanan Fransa millisinin futbolçusu Kilian Mbappe olub.

Reytinqdə həmçinin üç basketbolçu, o cümlədən Los-Anceles Leykersdən LeBron Ceyms də var - o, 119,5 milyon dollarla dördüncü yerdədir.

Amerikalı qolfçu Dastin Conson keçən il qazandığı 107 milyon dollarla altıncı sırada qərarlaşıb.

Milli.Az


Etiketlər:  Dünyanın ən çox qazanan idmançıları reytinqində lider dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ