Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir

Prezident: Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir

Tarix: 3 May 2023 20:21

Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransda çıxışında deyib.

"Biz Pakistan xalqına, indiki və keçmiş hökumətlərinə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər zaman göstərilən dəstəyə görə minnətdarıq", - söyləyən dövlətimizin başçısı deyib ki, istər işğal dövründə, istərsə də müharibə zamanı və ondan sonrakı dövrdə Pakistanın Prezidenti, Baş naziri və digər yüksək rütbəli məmurları Azərbaycanı dəstəkləmişlər.


Etiketlər:  Prezident Azərbaycan Pakistan əsl dost qardaş ölkələrdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ