Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Cümhuriyyəti və Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

Türkiyə Cümhuriyyəti və Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

Tarix: 4 May 2023 07:10

Türkiyənin Bursa Uludağ Universitetində (BUÜ) Türkiyə Cümhuriyyəti və Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü ilə bağlı tədbir keçirilib.

Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, "Bir millət, iki dövlət" başlıqlı tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türk Dövlətləri Təşkilatının Azərbaycan Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə, 2-ci Qarabağ müharibəsi veteranı kapitan Vasif Dilavərzadə, BUÜ prorektoru Prof. Dr. Adem Doğangün, Bursa Böyükşəhər Bələdiyyə sədrinin müavini Əli Mersin, Fən və Ədəbiyyat fakültəsinin dekanı Prof. Dr. Cafer Çiftçi, qeyri-hökumət təşkilatlarının nümayəndələri, akademiklər və inzibati heyət iştirak edib.

Tədbirdə çıxış edən Həsən Həsənov bildirib ki, Türkiyə hər zaman qardaş ölkəsi Azərbaycanın yanında olub.

"Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra türk dövlətləri ilə münasibətlər inkişaf etməyə başladı. Xüsusilə, Türkiyə ilə münasibətlərdə dönüş yarandı. Heydər Əliyev isə 1994-cü ildə Türkiyəyə ilk rəsmi səfərini edərkən həmişə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə, bu əlaqələrin əhəmiyyətinə toxunurdu. O, bunu həmişə vurğulayırdı ki, 70 il bir-birimizdən ayrılsaq da, xalqlarımız arasında bu əlaqələr heç vaxt qırılmayıb. Azərbaycan və Türkiyə arasındakı münasibətlərin memarlarından biri olan Heydər Əliyev, yəqin ki, münasibətlərin indiki səviyyəsindən çox məmnun olardı", - deyə Nərminə Mustafayeva qeyd edib.


Etiketlər:  Türkiyə Cümhuriyyəti Heydər Əliyevin ildönümünə həsr olunan tədbir keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ