Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2023 16:02
Bakı - Quba - Rusiya yolunun Qubanın Vladimirovka kəndindən keçən hissəsi bərbad vəziyyətdədir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, yolun yararsız vəziyyətdə olması hər kəsi təngə gətirib.
İşlək yolun mövcud vəziyyəti nəqliyyat vasitələrinin əksər detallarının sıradan çıxmasına səbəb olur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, sözügedən yolun təmir edilməsi nəzərdə tutulub. Maliyyə vəsaiti ayrılan kimi yol əsaslı şəkildə təmir ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: