Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2023 16:16
Türkiyənin Balıkesir vilayətində ağır yol qəzası baş verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, vilayətdə lisey şagirdlərini daşıyan avtobus eyni istiqamətdə hərəkət edən yük avtomobilinə çırpılıb.
Hadisə zamanı 31 uşaq, avtobusun sürücüsü və 1 lisey əməkdaşı xəsarət alıb. Yaralıların həyati təhlükəsi yoxdur.