Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÜST-dən koronavirusla bağlı AÇIQLAMA

ÜST-dən koronavirusla bağlı AÇIQLAMA

Tarix: 6 May 2023 20:28

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun heç vaxt yox olmayacağını açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bunu ÜST-ın icraçı direktoru Mayk Rayan deyib. O, bunun yalnız nəticələri ilə məşğul olmağın mümkün olacağını vurğulayıb:

"Siz yalnız onun nəticələri ilə mübarizə apara bilərsiniz, çünki onun heyvanlardan insanlara ötürülmə üsulları virusu tamamilə aradan qaldırmağa imkan verməyəcək".

Bir gün əvvəl ÜST-nin baş direktoru Tedros Qebreyesus təşkilatın pandemiya koronavirus infeksiyası statusunu ləğv etdiyini açıqlamışdı.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, COVID-19 pandemiyasının başlanmasından bəri dünyada 765,2 milyon Covid-ə yoluxma halı qeydə alınıb və 20 milyondan çox insan bu xəstəliyin öhdəsindən gələ bilməyib.

Milli.Az


Etiketlər:  ÜST dən koronavirusla bağlı AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ