Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2019 12:54
Bakı. Ləman Zeynalova - Trend:
Bakıda keçiriləcək Qoşulmama Hərəkatının sammitində dörd sənəd qəbul olunacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov brifinq zamanı deyib.
O bildirib ki, bu tədbir oktyabr ayında Bakıda keçiriləcək ikinci irimiqyaslı tədbir olacaq:
“Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Bu qısa müddət ərzində Azərbaycan təşkilat daxilində böyük etimad qazanıb. 2016-cı ilin sentyabrında Qoşulmama Hərəkatının növbəti sammitinin Bakıda keçirilməsi və Azərbaycanın sədrliyi barədə qərar qəbul olundu. 158 ölkənin nümayəndələri bu sammitdə iştirakını təsdiq etdi”.
R.Həsənov qeyd edib ki, sammitə qədər oktyabrın 21-22-də üzv ölkələrin yüksək vəzifəli rəsmilərinin görüşü, oktyabrın 23-24-də XİN rəhbərlərnin görüşü keçiriləcək. Birinci görüş sənədlərin hazırlanması üçün keçirilir:
“Sammitin yekununda dörd sənəd qəbul olunacaq. Bunlar Bakı sammitinin sənədi, Bakı bəyannaməsi, Azərbaycana təşəkkür sənədi və Fələstinlə bağlı sənəddir. İlk üç sənədə Dağlıq Qarabağ münaqişəsi üzrə müvafiq maddələr daxil ediləcək”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin