Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəran Dairəvi Qalasının dam örtüyü çöküb

Lənkəran Dairəvi Qalasının dam örtüyü çöküb

Tarix: 7 May 2023 20:46

Lənkəran şəhərində yerləşən Lənkəran Dairəvi Qalasının (Zindan qala) dam örtüyünün çökməyi ilə bağlı abidə qəzalı vəziyyətdədir.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyyət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hal-hazırda qədim qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Xatırladaq ki, Lənkəran Dairəvi Qalası (Zindan qala) 1747-1786-cı illərdə inşa edilib. Bu qala ümumi Lənkəran qala sisteminin cənub tərəfdən dayaq məntəqəsi olub. Dairəvi Qala 1869-cu ilə kimi burada baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynayıb. Rus qoşunlarının işğalından sonra bu möhtəşəm tikili həbsxana kimi istifadə edilməyə başlanılıb. Dairəvi Qalanın hündürlüyü 20 metr, diametri 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir.

Qeyd edək ki, Mədəniyyət Nazirli yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrində monitorinq aparılır, onların faktiki durumu, texniki vəziyyəti öyrənilir. Aparılan monitorinq tədbirlərindən sonra abidələrin qorunması işinin gücləndirilməsi, bərpa və konservasiya tədbirləri ilə bağlı müvafiq tədbirlər gerçəkləşdiriləcək.


Etiketlər:  Lənkəran Dairəvi Qalasının örtüyü çöküb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ