Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kişi sağlamlığının əsas düşməni - Uroloqdan SOS

Kişi sağlamlığının əsas düşməni - Uroloqdan SOS

Tarix: 7 May 2023 22:30

Normal işləməsi üçün insan orqanizmindəki bütün orqanlarda qan axını yaxşı təmin edilməlidir. Bu, bilavasitə hərəkətlə bağlıdır, aktivliyin olmaması isə qan dövranının pozulmasına səbəb olur. Həmçinin ofisdə uzun müddət statik vəziyyətdə oturmaq kişilərin sağlamlığına zərərlidir.

Milli.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Terapiya və Təbabətin Profilaktikası üzrə Federal Dövlət Büdcə Müəssisəsinin Kliniki Diaqnostika Mərkəzinin cərrahiyyə şöbəsinin müdiri Yuliya Kurışkina deyib. Uroloq bildirib ki, oturaq həyat tərzi prostat xəstəliyi də daxil olmaqla ciddi fəsadlarla və xroniki bir proseslərərə səbəb olur.

"Uzun müddət bir vəziyyətdə qaldıqda, xüsusən də oturanda əzələlər praktiki olaraq qan və limfa dövriyyəsində iştirak etmir. Və bütün bunlar prostat vəzinin oksigen aclığına, yəni prostat immunitetinin azalmasına səbəb olur, həmçinin bakteriyalar sidik-cinsiyyət sisteminin digər orqanlarından və bağırsaqlardan vəzə nüfuz edə bilər.

Kişilərdə ereksiya həm də kavernoz cisimlərin qanla dolmasından asılıdır, ona görə də fiziki fəaliyyətin olmaması və oturaq həyat tərzi cinsi həyatda problemlərə gətirib çıxarır. Uzun müddət kresloda oturmaq hər şeylə yanaşı, qasıq nahiyəsini də qızdırır. Və bu sahə temperaturlara çox həssasdır - xayaların isinməsi spermatozoidlərin keyfiyyətini pisləşdirir və kişi cinsi hormonu - testosteronun istehsalını azaldır. Bu xoşagəlməz xəstəliklərin qarşısını almaq üçün hər iki-üç saatdan bir ofisdə işləyərkən fasilələr verməyə çalışın. Ayağa qalxmaq, uzanmaq, bir az gimnastika etmək lazımdır", - Yuliya Kuryşkina yekunda vurğulayıb". (publika)

Milli.Az


Etiketlər:  Kişi sağlamlığının əsas düşməni Uroloqdan SOS


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ