Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Normadan çox su içmək zəhərlənməyə səbəb ola bilər

Normadan çox su içmək zəhərlənməyə səbəb ola bilər

Tarix: 7 May 2023 23:06

Az su içmək zərərli olduğu kimi, çox su içmək də ziyanlıdır. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bəzən idman və ya gərgin məşqlər zamanı həddindən artıq su içilir. Bu zaman insanda su zəhərlənməsi baş verə bilər. Su zəhərlənməsi isə balanssızlıq, ürəkbulanma və qusma yaradır. Çox nadir hallarda isə o ölümcül problemlərə gətirib çıxarır. 

Bədənin düzgün işləməsi üçün suya mütləq ehtiyac var. Ancaq nəzərə alınmalıdır ki, böyrəklər saatda 0,8-1 litr su xaric edə bilir. Qəfil çox su qəbul edilməsi orqanizmin elektrolit balansını poza bilər. 

Bəs, çox su içməyin təhlükələri nələrdir?

İnsan həddindən artıq su qəbul etdikdə beynindəki hüceyrələr şişməyə başlayır və kəllə daxilində təzyiq artır. Bu da qusmaya, müəyyən ağrılara səbəb olur. 

Çalışıb həyat tərzinizə uyğun su içmək lazımdır. Diyetoloq Nupur Krişnanın fikrincə, əgər oturaq həyat tərzi keçirirsinizsə və çox tərləyirsinizsə, 2-2,5 litrdən çox su içmək məsləhət görülmür. Əks halda içdiyiniz su böyrəyinizdə yığılıb şişlik yaradar.


Etiketlər:  Normadan çox içmək zəhərlənməyə səbəb bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ