Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2023 09:16
Bill Qeytsin "TerraPower" startapı Böyük Britaniyada nüvə reaktorlarının tikintisi üçün tenderə çıxmağı planlaşdırır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Amerikanın "Bechtel" və "GE Hitachi", eləcə də Britaniyanın "Rolls-Royce" şirkəti "Microsoft"un yaradıcısı ilə rəqabət apara bilər.
Qeytsin startapı 2006-cı ildə yaradılıb və təxminən 1 milyard dollarlıq kiçik Natrium reaktorları inşa edir ki, onların saxlanılması standart reaktorlardan daha ucuzdur. Qurğuların gücü 345 MVt-dan 500 MVt-a qədər dəyişir.