Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2023 14:08
Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsi KAAN-ın qiymətinin 100 milyon dollar (təxminən 2 milyard lirə) olacağı gözlənilir.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə TUSAŞ-ın direktoru Temel Kotil bildirib.
T.Kotil onu da qeyd edib ki, 2029-cu ilə qədər ayda iki təyyarə istehsal ediləcəyi planlaşdırılır və bu da 2,4 milyard dollar edir.
Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.
Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən "İstikbalin Yüzyılı" proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.
Bundan əlavə, KAAN 2028-ci ildə Türkiyə hərbi hava qüvvələrinin inventarına daxil ediləcək.