Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2023 17:24
İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri çərçivəsində turizm istiqaməti də diqqətdə saxlanır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, turizm potensialı olan bölgələrdən biri də Xocavəndin Tuğ kəndidir.
Tuğ ölkəmizin ən qədim və ən gözəl kəndlərindən biridir. Bu kəndin böyük turizm potensialı var.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib ki, ''Tuğ'' turizm konsepsiyası hazırlanıb. Onun sözlərinə görə, konsepsiya hazırlanarkən üç istiqamət əsas götürülüb.
Bundan başqa, Xocavəndin Hadrut qəsəbəsində də quruculuq işləri davam edir. Prezidentin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Əli Zeynalovun sözlərinə görə, Hadrutda 360 şagird yerlik tam orta məktəbin 2025-ci ilə qədər bərpa olunaraq istifadəyə verilməsi nəzərdə tutulub. İlk yaşayış məhəlləsində görüləcək işlər də artıq müəyyən edilib.
Əli Zeynalov əlavə edib ki, qəsəbədə tikiləcək və bərpa olunacaq obyektlər, eləcə də ətraf ərazilərin abadlaşdırılması işlərinin də 2025-ci ildə başa çatması nəzərdə tutulub.
Bölgədə yol infrasturukturu da sürətlə qurulur. Ümumi uzunluğu 37.7 kilometr olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8.2 kilometrlik hissəsinin açılışı həyata keçirilib. Yol birinci texniki dərəcəyə uyğun tikilib.
İşlər yekunlaşdıqdan sonra sakinlər doğma yurdlarına qayıdacaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: