Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qəbələ” “Qarabağ”a böyük hesabla uduzdu

“Qəbələ” “Qarabağ”a böyük hesabla uduzdu

Tarix: 8 May 2023 22:12

Bu gün Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

Turun qapanış matçında lider "Qarabağ" "Qəbələ"ni qəbul edib. Ağdam təmsilçisi bu oyunda darmadağına sevinib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"a, "Şamaxı" "Zirə"yə 0:3 hesabıyla uduzub. "Turan Tovuz" "Neftçi"ni 4:0 məğlub edibsə, "Sumqayıt" "Səbail"lə ev oyunundan 1:3 hesabıyla məğlub ayrılıb.

Azərbaycan Premyer Liqası
XXXIII tur
8 may

"Qarabağ" - "Qəbələ" 3:0
Qollar: Elvin Cəfərquliyev, 43. Abdulla Zubir, 75. Ramil Şeydayev, 84.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Emin Əliyev
"Azersun Arena", 20:00.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato (k), 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 16. Nicat Əliyev, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

Milli.Az


Etiketlər:  Qəbələ Qarabağa böyük hesabla uduzdu


RƏYLƏR