Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Görün əfsanəvi stadionun yerində nə tikiblər - FOTO

Görün əfsanəvi stadionun yerində nə tikiblər - FOTO

Tarix: 8 May 2023 22:58

Bir vaxtlar "Arsenal"ın ev oyunlarını keçirdiyi "Hayberi" stadionun hazırkı görünüşü hər kəsi təəccübləndirir.

Milli.Az bildirir ki, "Topçular"ın sonuncu çempionluğunu qeyd etdiyi arena 2006-cı ildən fəaliyyətini dayandırıb. Buna səbəb London təmsilçisinin yeni stadiona - "Emireyts Arena"ya köçməsi olub.

Stadionun yaşayış kompleksinə çevrilməsiylə bağlı layihə elə "Asenal"a məxsusdur. Arena və yerləşdiyi torpaq sahəsi klubun mülkiyyətindədir. London təmsilçisi iki binadan ibarət yaşayış kompleksinin tikintisinə 130 milyon funt-sterlinq xərcləyib.

Maraqlı məqam odur ki, "Hayberi" dəbdəbəli yaşayış kompleksinə çevrilmək üzrə olsa da, tiktinti işləri zamanı stadion sökülməyib. Hətta tarixi arenanın arxirekturasında dəyişiklik edilməyib.

Fotolardan gördüyünüz kimi, stadionun şərq və qərb tribunaları, demək olar ki, toxunulmaz qalıb. "Arsenal"ın məbədinin konturları saxlanaraq adı Hayberi meydanı olaraq dəyişdirilib.

Hazırda hər birinin qiyməti 400.000 ilə 1,5 milyon funt sterlinq arasında olan 650 mənzildən ibarət yaşayış kompleksinin tikintisi davam edir. Bu deməkdir ki, "Hayberi"dəki mənzillərin ümumi dəyəri 500 milyon funt-sterlinqdən çox olacaq. (publika)

Milli.Az


Etiketlər:  Görün əfsanəvi stadionun yerində tikiblər FOTO


RƏYLƏR