Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real”a kuboku qazandıran futbolçunun evi matç zamanı qarət edildi

“Real”a kuboku qazandıran futbolçunun evi matç zamanı qarət edildi

Tarix: 9 May 2023 18:36

İspaniya kubokunun final oyunu zamanı Rodriqo Qoesin evi qarət edilib.

Mayın 7-də baş tutan matçda Kral Kubokunun finalında "Osasuna" üzərində 2:1 hesablı qələbə qazanan "Real Madrid" mükafatın sahibi olub. Rodriqo bu oyunda dubla imza ataraq komandasının qələbəsini təmin edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məhz həmin dəqiqələrdə də vingerin valideynləri ilə birlikdə yaşadığı ev naməlum şəxslər tərəfindən qarət edilib.

Hadisə zamanı futbolçunun yaxınları oyunun keçirildiyi stadionun tribunasında olublar.

Quldurların futbolçuya və onun əmlakına nə qədər ziyan vurduğu məlum deyil. Polis cinayətkarları axtarır.

Milli.Az


Etiketlər:  Reala kuboku qazandıran futbolçunun evi matç zamanı qarət edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ